Aytən : "Dəb sərgisinə getməmişdim"

Aytən : "Dəb sərgisinə getməmişdim"

Aparıcı Aytən Səfərova “Maşın” şounun ən qalmaqallı iştirakçılarından biri idi.

XƏBƏRÇİ.AZ -ın məlumatına görə, oyunda yer aldığı müddətdə aparıcının çıxışları ilə yanaşı geyimi də müzakirələrə səbəb olub. Hər kəs onun veriliş başlayandan eyni libasları təkrar geyindiyini bildirib.

Səfərova bu tənqidlərə cavab verib:

“Bəziləri məni bir paltarı bir neçə dəfə geyindiyim üçün qınayırdı. Mən ora dəb sərgisinə, əyin-başımı göstərmək, sponsorların gözünə girmək üçün getməmişdim. Nəyim var idi, onu da geyindim. Siz eyni paltarı bir neçə dəfə geyinmirsiniz?”.


loading...