XƏBƏRÇİ.AZ xəbər verir ki, iyunun 14-də Azərbaycanın Əməkdar artisti, milyonların sevimlisi Röya Ayxanın 36 yaşı tamam olur.
Röya Ayxan 1982-ci il iyun ayının 14 - ü Bakı şəhərində doğulub. O, Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbin məzunu olub. İlk dəfə tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin "W-trio" qrupunda solistlərdən biri kimi səhnəyə gəlib. Qrupdan ayrıldıqdan sonra solo fəaliyyətə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib.
2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və nəhayət sentyabr ayının 22-də Milli Parkda solo konsert verib.
2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub.
Röya Ayxan 2010-cu ildə Azərbaycanın bir çox şəhərlərində, o cümlədən cəbhə bölgəsinin bir sıra rayon və qəsəbələrində "Doğma Diyar" adlı konsert proqramı ilə çıxışlar etdi. Layihəsi Qubada başlayıb və sonra Qəbələ, Göyçay, Mingəçevir, Zaqatala, Qazax, Tovuz, Ağdam, Füzuli, Yevlax, Gəncə, Lənkəran, Sumqayıt şəhərlərində baş tutdu. 7 dekabr 2010 tarixində sevilən müğənnilər Röya və Zamiq "Doğma" Diyar lahiyəsinə möhtəşəm sonluq veriblər.
2012- ci ilin sonlarına yaxın o, söz və musiqisi məşhur türk ifaçısı Soner Sarıkabadayıya məxsus olan "Göndər" adlı mahnısı ilə bütün Türkiyəyə səs saldı. Mahnısını kliplə birlikdə üzə çıxaran ulduz, qardaş ölkədə parlamaq istəyini yetərincə gerçəkləşdirdi. O vaxtan bu günə qədər Türkiyədə fəaliyyətini davam etdirən Röya bu yaxınlarda sayca 6- cı layihəsini - "Yıldızlı şarkılar" albomuna aid olan "Ummadığım anda" klipini qardaş ölkədə təqdim etdi.
İş adamı Anar Cəlilovla 2008- ci ildə ailə quran Röya 25 oktyabr 2009-cu ildə ana olub. Bu nikahdan Hüseyn adlı oğlu var. 2014 - cü ildə isə bu evliliyə son qoyublar.
Röya 2013- cü ildə doğum günündə özünə Fransada "Taksi" filminin qəhrəmanı Sami Naseri ilə çəkildiyi klipini hədiyyə edib. "Günahsız günahım" adlı mahnısını peşəkar komandaya etibar edən müğənni təqdimatı ATV-də Nanə Ağamalıyevanın aparıcısı olduğu "Gün keçir" verilişində edib.
2014- cü ildə Heydər Əliyev Sarayında "Mənəm", "Sənə ehtiyacım var" adlı solo konsert proqramları ilə sevənlərinin görüşünə gəlib. 2015- ci ildə "Sən yox" adlanan solo konsert ilə Yaşıl Teatr səhnəsində çıxış edib.
2015 - ci ildə Röya Ayxan Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.
2016- cı ildə "Qadın" adlı hesabat konserti ilə yenidən Heydər Əliyev Sarayında konsert verib.
2017- ci il Türkiyədə "Altın kelebek" ödülünə layiq görülüb.
2018 - ci ildə ilk dəfə olaraq Bakı Konqres Mərkəzində "Doldur ürəyimi" adlı konsert proqramı ilə sevənlərinin görüşünə gəlib.
QIZILGÜL