"İlk sevgim keçmiş həyat yoldaşım olub" - Rəqqasə Fatimə / MÜSAHİBƏ

"İlk sevgim keçmiş həyat yoldaşım olub" - Rəqqasə Fatimə / MÜSAHİBƏ

Rəqqasə Fatimənin Xəbərçi.az-a verdiyi müsahibəni təqdim edirik:

- Fatimə xanım, braziliyalı furbolçulara “topla doğulanlar” deyirlər. Səbəbi isə yaxşı futbol oynamaqlarıdır. Bəs siz necə? Səhnə üçünmü doğuldunuz?  

- Bilirsinizmi, həyata gələn hər bir uşağın gələcəkdə kim olacağı barədə zəmanət verilmir. Çünki ola bilər ki, uşaqlıqda arzuolunan fikirlər, xəyallar zaman keçdikcə dəyişir. Bu, birmənalı olaraq belədir. Mənim rəqqasəliyə marağım uşaq olarkən yaranmağa başlayıb. Rəqs dərnəyinə getmişəm. Amma o zaman bunu bir məşğuliyyət olaraq görürdüm. Valideynlərimin arzusu məni həkim görmək idi. Təəssüf ki, onları arzusunu tam yerinə yetirə bilmədim. Dördüncü kursdan öz istəyimlə universitetdən uzaqlaşdım və bu sənətlə ciddi məşğul olmağa başladım. Şükürlər olsun ki, indi arzuladığım və layiq olduğum yerdəyəm.   

- İkinci dəfə ailə qurmusunuz... Yoldaşınızın sizin sənətinizə münasibəti necədir?  

- Biz bir-birimizi çox gözəl başa düşürük. Aramızda hörmət-izzət və bir bağlılıq var. Söz-söhbətsiz ailə olmur, amma şükür ki, ciddi bir problemimiz olmayıb, bundan sonra da olmaz, inşallah.  

- Fatimə xanım, bu yaşa qədər neçə dəfə sevmisiniz?  

- İlk sevgi saf olur, deyirlər. Mən də ilk sevgim keçmiş həyat yoldaşım olub (gülür).  

- Madam ki, belə sevirdiniz, bəs niyə ayrıldınız?  

- Bu barədə çox dərinə getmək istəmirəm. Sadəcə olaraq, alınmadı. Həyatdır, alınmayanda alınmır.  

- Neçə il ailəli oldunuz?  

- Heç bir il davam etdi evliliyimiz...  

- Sizin “həyat deviz”inzə tərs mütənasib olan nədir?  

- Mən hamıya tez inanıram, əlimdən pislik etmək gəlmir. Bütün insanları özüm kimi görürəm. Ancaq bu, çox vaxt mənim əleyhimə işləyir. Mənim xoş davranmağmdan sui-istifadə edənlər çox olub. İndi də var. Ona gör də yalan danışmaq, riyakarlıq etmək xəyanətə yol vermək mənim həyat prinsiplərimə uyğun gəlmir.  

- Sizdə “qadın qısqanclığı”ndan əsər-əlamət varmı?

- Qətiyyən, yoxdur. Əksinə, mən gözəl bir xanım görəndə ona tamaşa etməkdən zövq alıram.  

- Aynanın qarşısında dayanıb özünüzə baxanda nə düşünürsünüz?  

- Fikirləşirəm ki, mən niyə belə gözələm? (gülür). Zarafat bir yana qalsın, Allahın mənə verdiyi gözəllikdən çox razıyam.  

- Fiziki quruluşunuzda elə bir eyib varmı ki, onu özünüzə kompleks edəsiniz?  

- Bədən quruluşumdan tam razıyam. Ancaq efirə baxanda hərdən bəzi nöqsanları görürəm.   -Məsələn?   -Məsələn, efirdə müəyyən qədər kök görünürəm. Mən rəqqasəyəm, əslində belə olmamalıdır.  

- Dediyiniz kimi, gözəl və cazibədarsınız. Seks-simvol ola bilərsinizmi?  

- Xeyr, mən seks-simvol ola bilmərəm. Ən azından daşıdığım addan ayıbdır, utanaram...  

- Rəhmətlik atanız sağ olsa idi, ondan nə istəyərdiniz?  

- O sağ olsa idi, bəlkə də mənim həyatım tamam başqa cür olardı. Mən onunla asanlıqla bütün fikirlərimi paylaşa bilirdim. Heç anamla açıq şəkildə danışa bilmədiyim mövzuları onunla danışa bilərdim. Atam bir başqa insan idi. Sizə deyim ki, mən indinin özündə də anamla ortalıqda “pərdə” saxlayıram. Xarakterlərimiz tam fərqlidir.  

- Bəs qızınızla necə münasibət qurmusunuz?  

- Qızımla elə bil ki, ana-bala yox, iki bacıyıq. O bütün sirrini, dərdini mənimlə rahatlıqla bölüşür.  

- Fatimə xanım, mən istərdim ki, bu fikri sizin özünüz tamamlayasınız. Mən axı nə biləydim ki,..   - Mən axı nə biləydim ki, mənim etibar etdiyim, güvəndiyim insanlar mənə xəyanət edəcək.


loading...