"Dilini qoy qarnına" - Rəmiş Mətanətlə söz savaşına çıxdı - VİDEO

"Dilini qoy qarnına" - Rəmiş Mətanətlə söz savaşına çıxdı - VİDEO

Müğənni Mətanət Əsədovanın xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ünvanına dediyi "antikvar" kəlməsi onu özündən çıxarıb. 
 

XƏBƏRÇİ.AZ -ın məlumatına görə, gitara ifaçısı "10-dan sonra" verilişinə açıqlamasında qarşı tərəfin ünvanına sərt sözlər deyib:

"Xalqımızın gözü tərəzidir, görür ki, kim kimdir, nə nədir. Mənə “antikvar” deyənin dilinə niyə yara çıxmır? Antikvar mağazada olur. Mətanətə ayıb olsun deyərdim. Çünki o, məni harda görüb “qurban olum ” deyib. 

Onun o sözü deməyə necə haqqı, cürəti çatıb? Mənə antikvar deyənin özü kimdir ki? Mən onlara yenə üzümü tutub deyirəm, dilinizi qoyun qarnınıza. Onun sənəti əgər mən qədər yüksək pillədədirsə, razılıq verə bilərəm. Elə qızların sənətindən danışmağa 50 il vaxt lazımdır. Onlara düşmür. Mən Nazpəridən, Zeynəb Xanlarovadan danışa bilərəm".

M.Əsədovanın qarşı tərəfə cavabı da gecikməyib. Müğənni Rəmişə bu cür danışığı yaraşdırmadığını söyləyib:

"Rəmiş müəllimə belə danışmağı yaraşdırmıram. O, bizə örnək olmalıdır. Mən belə böyükdən örnək götürmək istəmirəm. Rəmiş müəllimi təhqir etmək istəmirəm. Onu qızışdırıblar. Antikvar pis söz deyil, nadir tapıntı deməkdir. Əgər mənimlə yaşıd olsaydı... Bura çıxmamışıq bir-birimizi söyək. Yaşda da, sənətdə də bu insandan kiçiyəm. Böyük elə etməlidir ki, balaca ona qayıtmasın, qayıtmayacam da. Səhvim varsa, məni danla. Böyük sənətkarlarımız toxunulmazdır, antikvardır. Mən pis söz deməmişəm. Əgər o sözə görə incimisinizsə, kiçiyiniz olaraq üzr istəyirəm. Amma ağzınızdan çıxan bir-iki kəlməni sizə yaraşdırmıram. Mən dəvə kimi kinli, fil kimi qəzəbliyəm. Olmaz...". 


loading...