Xoşqədəm Naziləni intihara sövq etdi : " Həddini bil ki, həddimi bilim"

Xoşqədəm Naziləni intihara sövq etdi : " Həddini bil ki, həddimi bilim"

Tanınmış şairə Nazilə Səfərli cana doyub. Xəbərçi.az bildirir ki, şairənin qardaşının boşadığı eks gəlinləri “ Səni axtarıram” verilişinə aylardıkı çıxır və N.Səfərlinin ailəsini olmazın yalan, şər, böhtanlarla ləkələyir. Bu addımdan hiddətlənən N.Səfərlinin özü və ailəsi artıq intihar həddinə çatıb. Nazilə Səfərli dəfələrlə gəlinlərinə zəng edib, xəbərdarlıq edib ki, ayıbdır, iki balanın gələcəyini düşün, əxlaqın olsun çıxıb orada özünü nümayiş etdirmə, gəl gedək natarüsə balalarını himayəmə 18 yaşına kimi götürürəm: “ Dedim onların böyüməsi, yeməyi, içməyi, qalmağı, təhsili, idmanı hər şeyi mənlikdir. Amma verilişə çıxma. Mənə dedi ki, Xoşqədəmdən icazə alım, gəl verilişə çıx de. 1 iyun günü qardaşıma balalarını göstərmədi, qapıda saatlarla duran qardaşımı min bir yolla aldatdı uşaqları efirə qaçırtdı, amma bizə göstərmədi. Dediklərimdən şübhəsi olan icra məmurundan soruşsun”. Cana doyan, aylardı şərəf ləyaqəti tapdanan, ailə birliyinə xələl gələn, atası yorğan-döşəyə düşən Nazilə Səfərli bu haqsızlıqlara, bir tərəfli münasibətə dözməyərək media vasitəsilə aparıcı Xoşqədəm Hidayətqızına səslənib,ondan insaflı olmağı və həddini bilməyi tələb edib: 

"Xoşqədəm, sən kimsən ? Jurnalistsən ? Bu sənin peşəndi. İnsan olaraq sən kimsən? Məni ittiham edəcək insan sən deyilsən. Qardaşım arvad alıb boşayıb. Mənə nə? Bu ailə işidi. Adam boşanar da, evlənər də. Niyə sən hər işin altında Nazilə var deyə müraciət edirsən? Sənin mənlə nə problemin var? Sənə kim ixtiyar verib ki, Nazilə deyib müraciət edirsən ? Məni sən doğmusan? Sən ölürsən media üçün. İmkanın olsa ayaqyoluna da media ilə gedərsən. Amma mən sənin  ovun deyiləm. Ona görə canlı yayım açıb burda deyirəm. Qardaşımın keçmiş arvadından mənə nə? Pərvanə sənin yanına gələndə ona denən ağıllı olsun. Get Pərvanəyə ağıl ver. Efirdən Nazilə deyə bağırma, kar yoxdu sənin üçün. Həddini bil ki, həddimi bilim. Vaxtım yoxdu məhkəmə qapıları gəzim. Məni zorla intihara sövq etmə, canımdan bezdirmə. Mənim başıma nə hadisə gəlsə sən məsuliyyətlisən". 


loading...