Cavidan : "Məşhur ana-bala, atanız da getdi..."

Cavidan : "Məşhur ana-bala, atanız da getdi..."

"Murad müəllim, sizi həmişə diqqətlə müşahidə edirdim! Siz bilirsiz kim düz danışır və kim yalan... Kimin sözünü kəsib yarıda ağzında saxlamağı və kimi necə susdurmaq lazımdırsa, gözəl bilirsiz...".
 

XƏBƏRÇİ.AZ - ın məlumatına görə, bu sözləri aktyor Cavidan Novruz deyib. Bir neçə gün əvvəl "Maşın" şoudan gedən aktyor Roza Zərgərli və Hüseyn Əzizoğlunu tənqid edib:


"Respublikanın məşhur ana-balası, atanız da getdi, oturun oyununuzu oynayın. Hamı da sizə tamaşa edir ve yazirlar. Siz mənim yox, bu millətin ağzını yumun və səhv tutun görüm bacaracaqsiz?

Mən hazıram və kimin də qarşısına çıxmaq lazımdır baş üstə, hər kəsə veriləcək cavabım var. Lazım gələr üzünə yox, çiyinlərindən hoppanıb qulaqlarına da deyərəm. Bu qədər. Hə bir də onu vurğulayım ki, bu qədər yazıların içində hamı rəy yazdı. Gördüm ki, bircə nəfər Hüseynin tərəfini saxlayır. O da xalası Aynurə xanımdır. Sonra gördüm ki, başqa bir səhifədə kimsə mənim ünvanıma pis bir şey yazıb. Gördüm ki, yenə də Aynurə xanımdır. Nəysə, daha sözüm yoxdur. Heç olmasa sakit dayana da bilərdiniz. Siz mənim başımı buraxın gedin Fərdaya, Səbuhiyə, Natavana, Murad Arifə, Rəsula, Mənsura, nə bilim saymaqla bitmir. Qısacası bu adamlara deyə bilsəniz, deyin sözünüzü. Mənimlə işiniz olmasın, faktdan danışıram. 


Orada heç vaxt arada qalmadım. Hüseynin doğru "mamasına" da dedim ki, Hüseynə məsləhət verin. Düzgün adamlarla qruplaşmır. Orada dostum Abbasla Pərvin olub. Allaha çox şükür normal adam kimi çıxdıq, hərəmiz bir ana tapıb çıxmadıq".


loading...