“Onun-bunun sümüyünü yuyur...” - Samir Nuranı tənqid etdi - VİDEO

“Onun-bunun sümüyünü yuyur...” - Samir Nuranı tənqid etdi - VİDEO

"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının növbəti qonağı müğənni Samir Cavadzadə olub.

XƏBƏRÇİ.AZ -ın məlumatına görə, ifaçı müğənni Nura Suri ilə aralarında baş verən qalmaqala aydınlıq gətirib:

“Bu məqsədyönlü ola bilər. Mən Ruslan (Proqramın əməkdaşı - red.) haqqında desəm ki, tənbəldi, telefon götürmür. Ruslana kim zəng vuracaq? Gündə on nəfər dost yığılıb restoranda, kafedə onun-bunun sümüyünü yuyursa, bu dostluq deyil. Bu, bekarçılıqdan başqalarının həyatı ilə yaşamaqdır. İllər boyu dost olurlar, sonra çıxıb hər şeyi vururlar yerə. Təbii ki, məyus oluram. Mənim üçün əsas insanlıqdır. O mənim içimdə hələ ki, ölməyib. Mən bunu təkcə Nurab Suri haqqında demirəm. Nura əgər 5 faiz xətrimə dəyibsə, digərləri 25 faiz dəyib”.

Qeyd edək ki, Nura verilişlərin birində Samirin tənbəllik etdiyini və bu xasiyyətini dəyişməli olduğunu demişdi. Onun "Samir anasının da zənglərinə cavab vermir" sözləri qarşı tərəfi özündən çıxarmışdı.  


loading...