"Mən sözümü bir dəfə deyirəm, yek deyirəm" - Mətanət yenə əsəbiləşdi

"Mən sözümü bir dəfə deyirəm, yek deyirəm" - Mətanət yenə əsəbiləşdi

Müğənni Mətanət Əsədova onu təkrarlayan həmkarlarına söz atıb. Xəbərçi.az məlumat verir ki, özünə İlhamə Quliyevanı örnək bilən ifaçı "ATV maqazin onlarla" verilişində deyib ki, sözümü bir dəfə deyirəm yek deyirəm:

"İlhamə xanım baltalayırdı, mən dibindən kəsirəm. O yerə çatdırmasınlar ki, onları döyüm. Heç vaxt onların ağırlığına, yüngüllüyənə baxmamışam. Onda görmüşəm ki, həmin adam yoxdur. Mən dəyənə qədər Allah onları kül edir. Söz atmağı xoşlamıram. Nifrət etdiyim insanlara qarşı qəlbimin gözü kordur. Sözümü bir dəfə deyirəm, yek deyirəm. O, adam diriykən ölür”.

İfaçının bu odlu-alovlu çıxışına səbəb isə onu təkrarlayan həmkarları səbəb olub:

“Mən nostalji mahnıları oxuyuram, onlar təkrarlayırlar. Sonra demirlər ki, bunu birinci Mətanət etdi, biz təkrarladıq. Onlar gündəmdə deyillər, “kündəm”dədirlər. Qıcqırmış kündələrdilər, istəyiblər nəsə olsunlar, alınmayıb". 


loading...