Hüseyn sağ göstərib sol vurdu

Hüseyn sağ göstərib sol vurdu

6 iştirakçı ilə davam edən "Maşın" realiti-şousunun növbəti buraxılışı baş tutub.

XƏBƏRÇİ.AZ xəbər verir ki, bu dəfə də iştirakçılar bloger Hüseyn Əzizoğlunun şəklini ataraq onu səsverməyə çıxarıblar.

İkinci dəfə səsverməyə çıxan Hüseyn oyundan aktrisa Pərvin Abıyevanı çıxartmaq istədiyini bildirib.

Sonda 22 yaşlı bloger 60,30 faiz səslə qalib gəlib. Lakin o, hədəfini dəyişərək Abbas Bağırovun adını çəkib. 

Bağırov seçimdən təəccüblənsə də, amma sonda bildirib ki, maşını udsaydım, onu yeni doğulacaq övladı üçün aparacaqdı. Sənətçi ilk dəfə "Maşın"da ata olacağını söyləyib.

Qeyd edək ki, şou ərzində Abbas Hüseyn üçün səs istəmişdi.


loading...