Mətanət və Aytən münaqişəsi bitdi - Daha bir xanım "Maşın"dan getdi

Mətanət və Aytən münaqişəsi bitdi - Daha bir xanım "Maşın"dan getdi

“Maşın” realiti şousunda növbəti səsvermə günü keçirilib.

XƏBƏRÇİ.AZ xəbər verir ki, bu dəfə 10 iştirakçıdan 8 nəfər öz istəyilə qutuya aparıcı Mətanət Əliverdiyevanın fotosunu atıb.

Mətanət üzünü tamaşaçılara tutaraq onlardan səs istəyib:

"Hədəfimi açıqlaya bilərəm. Hədəfim həmkarım, gözəl ana Aytən Səfərovadır. Məni bu şouda görmək istəyən "Qalsın"a səs göndərsin".


Səfərova isə öz növbəsində bildirib ki, bugünki oyunda "Mətanət və Aytən" rəqabəti gedir və onu şouda görmək istəyən Mətanətin "Getsin"inə səs versin.

Verilişin sonuna yaxın Əliverdiyeva fikrini dəyişib. O, səs topladığı təqdirdə kişilərdən birini çıxaracağını söyləyib.

Sonda isə 24,66 faiz səslə Əliverdiyeva özü evə gedib.


loading...