“Maşın” şoudan qalmaqallı şəkildə gedən aparıcı İlhamə Bədəlova “10-dan sonra” verilişində qonaq olub.
XƏBƏRÇİ.AZ -ın məlumatına görə, aparıcı şouda haqqında deyilənlərə cavab verib:
“Sözün açığı heç düşünmürdüm 7 gün dayanım. Ora 3-4 günlük paltar götürmüşdüm. Hamıya qarşı kobud münasibətdə olan biri kimi göstərildim. Onu son günlərdə gördülər. Mən ən güclü rəqib idim. Bilirdilər ki, finala qalsam, yatmayacam da, ac da qalacam, çünki günlərlə oyaq qalan adamam. Heç vaxt özümdən kimisə nə aşağı, nə də yuxarı görmüçəm. Amma kənardan elə görünürəm. Orada heç kəsi olduğu kimi tanımadım. Əli Mirəliyevi belə tanımadım. Hüseyn Əzizoğlu gələn gündən dedi ki, səndən qorxuram. Bizim davamızı kişilər müzakirə edirdi, Cavidan da qarışdı o məsələyə”.
İlhamə aparıcı Yusif Ağayevin “Deyirlər, efir zamanı Mətanət Əliverdiyeva ilə Aytən Səfərova bir-birinə təhqirlər deyir, reklam arasında isə mehriban olurdular” sözlərinə belə cavab verib:
“Bəzi hallarda elədir. Məni əsəbiləşdirən də elə odur. Kamere qabağında lazımsız kəlimələr işlədirdilər. Reklamda deyir, nə dedin mənə, yaxşı oldu. Mən onu edə bilməzdim”.
Bədəlova Roza Zərgərlinin proqram zamanı dediyi “Xəstə olduğu üçün sən bir adamı işdən qovdun, mən onu yanıma götürdüm” sözlərinə də münasibət bildirib:
“Həmin adam ixtisara düşdü getdi. Gedim analiz etdirim ki, harasında limfa düyünləri şişib? Onu efirdə deməsi, səhv idi. Bu gün də məndən üzr istəməsini tələb edirəm. O adamın özü də Rozanın efirdə dediklərinə əsəbiləşdi”.