Murad Dadaşov : "Sənin bir mələyin olmalıdır ki, həmişə baxasan" - VİDEO

Murad Dadaşov : "Sənin bir mələyin olmalıdır ki, həmişə baxasan" - VİDEO

“Həmişə istəyirdim ki, diqqət mərkəzində olum. Qızlar məni müzakirə etsin. Bütün kişilərin uğurlarını önə aparan, onları ilhamlandıran xanımlardır. Xanımlar olmasaydı maraqsız olardı”.

XƏBƏRÇİ.AZ -ın məlumatına görə, bu sözləri xalq artisti Murad Dadaşov “Geriyə baxanda” verilişində deyib. 
Şoumen xanımlarla bağlı maraqlı açıqlama verib. O bildirib ki, hər kişinin həyatında xanımından başqa da qızlar olmalıdır:

“Sevgi başqadır, vurulmaq başqa. Hər zaman vurulmalısan, sənin bir mələyin olmalıdır ki, həmişə baxasan. Bu gün biri, sabah başqası ola bilər. O demək seyil ki, vurulmusan və həyatını pozmalısan. Yox, sadəcə vurğunu olmalısan, səni ruhlandıran xanımlardır.

Ümid edirəm ki, yoldaşım bu verilişə baxmayacaq. Vaxtını deyərsiniz, işıqları söndürərəm, ya da deyərəm efirə getmədi. KVN-ə də qızlara görə gəldim. Dedilər ki, orada çoxlu qızlar var”.

 


loading...