Mətanət əlində olan stəkandakı suyu Aytənin üzünə çırpıb - "Maşın" da qalmaqallı anlar

Mətanət əlində olan stəkandakı suyu Aytənin üzünə çırpıb - "Maşın" da qalmaqallı anlar

Xəbər verdiyimiz kimi, "Maşın" şouda aparıcılar Mətanət Əliverdiyeva ilə Aytən Səfərova arasında dava yaşanıb. 
 

 

XƏBƏRÇİ.AZ -ın məlumatına görə, onların davasının bəzi məqamları efirə getsə də, bir çox kadrlar nümayiş olunmayıb. 
Reklam fasiləsi zamanı Aytənlə Mətanət arasında dava daha da qızışıb. Hətta Mətanət əlində olan stəkandakı suyu Aytənin üzünə çırpıb. Aytən isə nə edəcəyini bilməyib və Mətanətə sadəcə "Ayıb olsun" söyləyib. Şou başlayandan maşın ətrafında yanyana dayanan Aytənlə Mətanətə yaradıcı heyət müdaxilə edib. Mətanətin yerini dəyişdirərək Aytəndən aralı yerdə dayanmasını istəyiblər.

Proqramın aparıcısı Murad Dadaşov həmin kadrları sildirib və efirə verilməsini istəməyib.

Qeyd edək ki, Mətanətlə Aytən arasındakı qalmaqala səbəb Əliverdiyevanın Cavidan Novruzla Aytən arasında baş verən mübahisəyə qoşulması olub.

 

Belə ki, nahar vaxtı Cavidanla Aytən mübahisə edib. Səfərova Cavidanı maşın ətrafında etdiyi zarafatlarına görə “Duzsuz” adlandırıb. Daha sonra bir-birini təhqir edən məşhurlar arasına Mətanət girib.

O, aktyora “Əsəbiləşmə, başın xarabdır. O, kimdir ki, ona görə əsəbiləşirsən? O, ömrü boyu.... Onu məndən yaxşı tanıyan yoxdur. O, ağzının danışığını bilmir” deyib.

Əliverdiyevanın bu sözləri Səfərovanı özündən çıxarıb. Canlı yayımda hər iki aparıcı sözləşib.

Mətanətin “Mən maşın ətrafında sakit dayana bilmərəm. Zarafat da edirəm, “şpaqat” da açıram. Əcəb edirəm. Kim istəyir, baxsın, istəməyən, xoş gəldi” deməsinə cavab olaraq Aytən “Mən camaatın qarşısında “şpaqat” açmaram. Bu da mənim xarakterimdir. Yadından çıxartma ki, bir vaxtlar sənin bu hərəkətinə görə mən işimdən olmuşam” deyib.

Sonda Mətanət bildirib ki, o, sözünün üstündə durur:

"Heç bir qadın kişiyə o sözü deməzdi".


loading...