Damla məhkəməyə cəlb olunacaq

Damla məhkəməyə cəlb olunacaq

Əməkdar artist Elza Seyidcahan ilə müğənni Damla arasında qalmaqal söz savaşından hüquq müstəvisinə keçib.

XƏBƏRÇİ.AZ xəbər verir ki, Seyidcahan Damlanı və onun prodüseri Şamili məhkəməyə verib. Əməkdar artist buna səbəb kimi qarşı tərəfin yalan informasiya yaymasını göstərir.

Belə ki, yayılan xəbərlərə görə, guya Elza Seyidcahan Damladan üzr istəyib və onu evinə qonaq çağırıb.

Bu hadisənin isə ARB-nin efirində yayımlanan “Səhər-səhər” verilişinin çəkilişi zamanı baş verdiyinin olduğu iddia olunur.

Seyidcahan yayılan bu xəbəri yalan adlandırıb.

Elgiz Əkbər də məsələ ilə bağlı açıqlama verib. O, aparıcısı olduğu verilişdə belə hadisənin yaşanmadığını bildirib.


loading...