"Maşın" realiti-şousunun 16-cı sürətində yenə səsvermə keçirilib.
XƏBƏRÇİ.AZ -ın məlumatına görə, 17 iştirakçı ilə davam edən şouda tamaşaçılar müğənni Roza Zərgərlinin gedib-getməməsinə qərar veriblər.
Veriliş ərzində ikinci dəfə kürsüyə çıxan Roza səsvermədə qalib gələrsə, aparıcı Günel Hümbətovanı yarışmadan kənarlaşdıracağını deyib.
Müğənni sonda 54,14 faiz səs toplayaraq, Güneli şoudan çıxarıb.