Xalq artisti Murad Dadaşovun təqdimatında yayımlanan “Maşın” şounun 16-cı sürəti – “Xanımlar və Cənablar -2” davam edir.
Dünən açılış mərasimi olan ATV-də yayımlanan verilişdən gərgin mübarizə başlayıb. Belə ki, bu gündən 18 iştirakçıdan biri – Roza Zərgərli səsverməyə çıxarılıb. İştirakçılardan 6 nəfər Roza Zərgərlinin şəklini ataraq onu səsverməyə çıxarıb. Səsvermənin nəticələri açıqlanıb və Roza Zərgərlinin lehinə 57.72, əlehinə isə 42.28 faiz səs toplanıb və o şouda qalmağı bacarıb.
Lakin iştirakçılardan birinin oyun qaydalarınını pozduğu məlum olub. Aparıcı Murad Dadaşov meyxanaçı Ələkbər Quliyevin (Yasamallı) maşından əlini çəkdiyi kadrın göstərilməsini tələb edib və oyun qaydalarını pozduğu üçün onu şoudan kənarlaşdırıb.
Sizi həmin görüntü ilə tanış edirik: