“Maşın” şouda yer alan müğənni Xatun Əliyeva və reper Elşad Xose qalmaqalına rəqqasə Oksana Rəsulova da biganə qalmayıb. Xəbərçi.az məlumat verir ki, eks əri olsa da, Elşad Xose ilə hələ də sevgi yaşayan O. Rəsulova bu gün "Maşın" şoudan Xatunun gedəcəyi barədə praqnoz verib. Dünən Elşad Xoseyə səsverən hər kəsə təşəkkür edən Oksana fikirlərini belə şərh edib:
"Dünən Elşad Xoseyə dəstək olan hər kəsə minnətdaram. Bu gün də inşallah Xatun "xanım" evə gedər !".