Sistem altında olan xanəndə: Halım pisdir

Sistem altında olan xanəndə: Halım pisdir

Xəstəxanaya yerləşdirilən xalq artisti Könül Xasıyevanın səhhəti hələ də yaxşı deyil.

XƏBƏRÇİ.AZ bildirir ki, Yenicag.az-a açıqlama verən sənətkar xəstəxanada deyil, evdə müalicə olunduğunu deyib:

“Neçə gündür ki, vəziyyətim yaxşı deyil. Xəstəxanaya getdim, iki-üç gündür sistem köçürürlər. Xəstəxanada qala bilmirəm. Ona görə də evə gəldim. İndi də evdə dava-dərman olunur. Bir yandan təzyiq, şəkər, ürək döyüntüləri, bir yandan da sinir – hamısı bir-birinə qarışıb. Halım çox pisdir”.


loading...