Tanınmış aparıcı Zaur Baxşəliyev ölkənin ən reytinqli verilişi "Bizimləsən" də maraqlı fikirləri ilə diqqət çəkib. Xəbərçi.az bildirir ki, aparıcı hər gün yeni mövzularla tamaşaçı qarşısına çıxdığı üçün rəqiblərinə meydan oxuyub:
" Oğul istəyirəm ki, bir mövzunu uzun-uzadı uzatmasın. Hər gün yeni mövzu ilə tamaşaçı qarşısına gəlsin. Bir mövzunu saqqız kimi uztmağın mənası nədir ?! Bunun üçün də istedad, bacarıq, ağıl lazımdır. Tamaşaçını bezdirmək olmaz. Əgər elə oğul varsa, çıxsın mənimlə meydana ...
Ötən verilişlərin birində isə Zaur Baxşəliyev sosial şəbəkədə ona pis şərh yazan bəzi insanların sifarişli nəysə yazdıqlarını bildirib. Aparıcı bildirib ki, əgər kimsə mənə pis nəsə yazırsa mən bilirəm bunu kim yazdırır: " Sosial şəbəkədə hər kəsə mənfi şərh də yazırlar, müsbət də ... Amma sözündən insanı tanımaq olur. Mən çox yaxşı bilirəm ki, mənim haqqımda o fikirləri yazdıran kimlərdir".