Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişində aparıcı və prodüser Tolik əməkdar artist Elza Seyidcahanla canlı yayımda telefon əlaqəsi yaradıb.
Canlı efirə qoşulan Seyidcahan prodüser Toliklə kəskin mübahisə edib. Tolikin sözünü ağzında qoyan sənətçi Damla ilə bağlı söylədiklərini yenidən təkrarlayıb:
“Mənim kiminləsə şəxsi ədavətim yoxdur, sənətlə bağlı fikirlərimi söyləyirəm. Bəli mənim nə itim, nə pişiyim Damlaya qulaq asmır” – deyən Elzanının cavabını Tolik anındaca verib:
“Sənin də yaxşı mahnıların olaydı, yaxşı oxuyaydın, sənə də gənclər qulaq asaydı. Niyə Damlanı təhqir edirsiniz, deyirsiniz ki, ona itim-pişiyim də qulaq asmır? Heyvana da rəhmət ?! Nə demək istəyirsiniz ? Damlaya qulaq asanlar itdən-pişikdən aşağıdırlar ? Siz Azərbaycan xalqını it-pişiklə müqayisə edə bilməzsiniz. Mənim Damladan nə asılacağım var ki, ona yaltaqlanım. Amma siz Damlanı illərin sənətkarları ilə müqayisə edirsiniz . Məgər o özünə sənətkar deyib?".
Mübahisənin uzandığını görən Toli E. Seyidcahanı birinci gün efirə dəvət etməli olub:
Qeyd edək ki, Seyidcahan Damla barədə "Onlar" verilişində müxbir Ruslana belə deyib: “Mən bu gün səni məhkəməyə verə bilərəm ki, qarşıma belə bir mahnı çıxarmısan. Ona nə qiymət verə bilərəm? Heç ona qulaq asa bilmərəm. Hansı mahnıdan söhbət gedir ? Pis söyüşlərlə dillərə düşüb. Üç ay efirə çıxmasın görək o “damcı” var? Nə nəslim ona qulaq asa bilməz, nə itim-pişiyim qulaq asa bilməz. Allah pişiyimə də ona rəhmət eləsin”.