Qonağımız ötən həftə ARB telekanalında aparıcı Rövşanə Ağasəfqızının verilişində qonaq olan Azərbaycanda və Rusiyada tanınan ekstrasens Aqil Məhərrəmovdur. Verilişdən sonra haqqında daha çox danışılan ekstrasens şayələrə XƏBƏRÇİ.AZ-da son qoydu:
- Bir az fərqli başlayaq. Ekstrasens olaraq nəyə peşmansız?
- Ekstrasens kimi bəzən olur başa düşülmürəm. Fırıldaqçılarla əsl gücə sahib olanları eyni tərəziyə qoyurlar. Bax buna peşmanam ki, niyə başa düşülmürəm ?!
- Bəs Aqil olaraq?
- Şəxs olaraq həyatda ətrafıma yaxın buraxdığım insanlara görə peşman oluram.
- Çoxmu zərbə altında qoyurlar sizi?
- (gülür - red ) Hər fəslin bir insanı olur.
- Bürclərlə bağlı “Komsomolski Pravda” qəzetində məlumat vermisiniz. Necə oldu onlar sizdən belə bir şey istədi bilirəm çox çətin məsələdi Rusiyada baş aparmaq ... Niyə Azərbaycanda belə bir şey etmirsiz?
- Bəli düz vurğuladınız. “Komsomolski Pravda”dan dəvət almışdım. 1 il orada çalışdım. Ekstrasens kimi canlı yayıma çıxmışdım. Ondan sonra çoxlu zənglər oldu. Həqiqətən mənə təlabat olduğu üçün təklif etdilər ki, onlarla çalışım. Sevə-sevə qəbul etdim. Azərbaycanda bürclər haqda məlumat versəm adımı astroloq qoyacaqlar. Ona görə düzü istəmirəm.
- Bəlkə Xəbərçi.az- da belə rubrika yaradaq?
- Olar amma həftədə bir dəfə. Çünki günlük çox yorucu olur.
- Azərbaycanda sizin sahə ilə məşğul olan hər kəsə falçı deyirlər. Amma həkim deyəndə terapevt, ginekoloq və s. deyə fərqləndiririk. Bu sizi qıcıqlandırır?
- Qıcıqlandırmır, ancaq narahat edir. Azərbaycanda bizim sahə ilə bağlı ətraflı məlumat verən insanlar olmayıb. Hər ekstrasens efirdə və ya saytda özünü reklam edir. Ancaq “mən görürəm”, "mən bilirəm" deyir. Demək lazımdır ki, ay insan sən yanına gələn insanı heç olmasa inandır ki, sən ondan fərqli görürsən. Keçmişini de ki, sənə inansın və gələcəyini də soruşsun. Yalandan "mən-mən" deməklə iş bitmir axı ...
- O zaman siz izah edin.
- Falçı dediyi söz ola da bilər, olmaya da bilər. Şərt deyil mütləq şəkildə olsun. Falçı dəqiqliklə görmür. İtmiş insanı axtarıb tapmaqda falçı köməklik edə bilməz. Keçmişdə insan həyatında baş vermiş hadisənin dəqiq vaxtını falçı deyə bilməz. Falçı insan bədənində harda ağrı var deyə bilməz. Bunları yalnız ekstrasens açıqlaya bilər. Çünki ekstrasensdə bioenerji var. Falçı sırf kartla baxır ancaq ekstrasens auradan görür. Gözə baxır deyir. Fərqlərdən bir neçəsini saydım.
- Rövşanə xanımın verlişində izlədim sizi. Sanki aparıcı, psixoloq üstünüzə hücum etdi. Gövhər xanım isə verlişin sonuna qədər susqunluğu ilə fərqləndi. Hər kəsi maraqlandırdı ki, ekstrasens ona nə dedi ki, sakit dayandı. Verlişdə ümumiyyətlə nələr oldu?
- Deməzdim Rövşanə xanım üstümə gəldi. Aparıcı kimi onu bəyənmirdim amma efirində olduğum vaxt profesionallığı ilə məni heyrətləndirdi və aurası çox gözəl xanımdır. Gövhər xanım verilişdə məndən bir-iki söz soruşdu. Onun və yaxını haqqında məlumat verdim. Ona elə söz dedim ki, onu bu günə kimi ancaq Gövhər xanım bilirdi. Ondan sonra Gövhər xanım şoka düşdü. Psixoloq xanım zatən boynuna almadı. Halbuki efirdən kənar ona rəhmətə gedənləri ilə bağlı məlumat verdim və dedim ki, siz niyə bu qədər çox ağlayırsınız. Efirdə kameralar önündə deyirlər ki, bax məndə nə görürsən de bu dəqiqə ... Olmaz belə. Həmin məkanda o qədər insan olur ki, səhv məlumat verməkdən qorxuram. Həm düz məlumat verirsən reklamda deyir ki, halal olsun kamera yanır deyirlər ki, a mən heç falçıya getməmişəm, baxdırmamışam. Halbuki reklamda mənə baxdırır da, nömrəmi də alır. Bilsəm ki, həqiqəti deyəcəklər o zaman lap efirdə də baxaram. Həm baxıram o insanın elə əməlini görürəm, elə münasibətlərini görürəm ki, efirdə mən bunu necə deyim ?! Amma Rövşanə xanımın verlişi ilk verliş idi ki, hamı haqda az da olsa məlumat verdim. Rövşanə xanım sanki məni ovsunlamışdı.
- Verlişdən sonra təəssüratınız necə oldu?
- Çox gözəl oldu. Özümü yad hiss eləmədim. Rövşanə xanım elə abu-hava yaratdı ki, tamaşaçılar elə bildi ki, çoxdan tanışıq.
- Rövşanə xanıma deyirdiz ki, yaxın gəlməyin həyəcanlanıram. Doğurdan belə idi? Ya nəsə hiss edirdiniz?
- Yox düz deyirdim. (gülür - red) Cəlbedici xanımdı yaxınlaşanda həyəcanlanırdım.
- Özünüzə əməl etmisinizmi ?
- Bəli. Maddi tərəfdən sıxıntım var idi. Onda əməl etmişəm. Yetərincə tanınmağım üçün əməl etmişəm. Mən olduğum məclislərdə diqqət mərkəzində olmalıyam. İnsanların fikirlərini özümə yönəltməyi sevirəm. Bunlara görə nələrsə etmişəm.
- Ən çox hansı suallar sizi bezdirir ? Həyata ikinci dəfə gəlsəydin bu sahəni seçərdin ya yox və sevgilin var suallarından heç xoşum gəlmir.
- İnsanı ruh tutması düzgün söhbətdi?
- Doğru fikirdir.
- Magiya ilə nəyi dəyişə bilirsiz?
- Magiya ilə gəliri artırmaq olur, sevgili sayını artırmaq olur.
- Bəs keçmişdə olan sevgilini indiyə qaytarmaq olur?
- Olur əgər sevgidən nəsə qalıbsa.Tamamilə körpülər yanıbsa mümkün deyil .
- Daha sonra nə etmək olur?
- Xəstəliklə bağlı bir şeylər eləmək olsa da tam olmur. Çünki o həkimlərin sahəsidir. Müvəqqəti sağaltmaq olur.
- Çoxdandır ciddi proqnoz vermirsiz. Qorxursuz ?
- Qorxmuram.Sadəcə siyasətə baş qoşmaq istəmirəm. Onlar daha çox vaxt alır. Həm də Azərbaycanda qlobal şeylər baş vermir.
- Sizə cadu olunub?
- Əvvəl hə.
Necə bilib təmizləmisiz?
- Mənim həmişə ayaqlarım tutulur. Başım ağrayır.
- Bütün insanlarda belədi?
- Digərlərində də olur. Amma məndə birbaşa tutulur.
- Ramazan ayında müraciətlər azalır yoxsa artır? İşinizə necə təsir edir?
- Mən rus magiası ilə məşğul olduğum üçün təsir etmir. Müraciətlərdə az fərq olur. O da insanlar oruc olduğu üçün gəlmək istəmir. Qorxur ki, orucları batil olar.
- Deyirlər insanları baha qəbul edirsiz
. - Xeyr. Mən bahalı ekstrasens deyiləm. Amma 100-200 manatlıq falçı da deyiləm. Əgər kimsə fikirləşirsə Aqil bir işi götürüb 100 manata həll edirsə bu yanlışdır. Qəbulum baha deyil. Gördüyüm iş nəticəyə uyğundur. Məsələn alçanın kilosu 10 manatdır. Elə ailə var ki, bu onun üçün baha digəri üçün ucuzdur. Aqildən bahalı ekstrasenslər var.
- Gördüyünüz işə zəmanət verirsiz?
- Bəli, əmin olduğum işləri boynuma götürürəm. Əmin olduğum üçün zəmanət verirəm. Bəzi hallarda olur ki, iş uzanır. Səbrsiz olanda işbirliyi pozulur. Amma gözləyib nəticəsini alanlar çoxdu.
- İnsanların sizə ekstrasens kimi ehtiyacı hansı səviyyədədi? Aqilə Azərbaycanda ekstrasens kimi ehtiyac varmı ?
- Azərbaycandan o zaman gedəcəm ki, mənə ehtiyac olmasın. Hələ ki, Aqilə ehtiyac var.
- Necə biləcəksiz ki, sizə ehtiyac yoxdu?
- Yanıma gələn insanların sayından biləcəm. Azalarsa ölkəni tərk edəcəm.
- Bəs ikinci vətən kimi haranı seçəcəksiz?
- Yaşadığım ölkəni Rusiyanı. Aqil bu gün ona görə burdadır ki, yalançı falçıları insanlardan uzaq tutsun. Hal-hazırda da bunu edirəm.
- Sizin üçün hansı təklif maraqlı görünüb?
- Rusiyada böyük bir təklif oldu. Sponsor kimi dedilər ki sizə bu qədər pul ödəyirik. Aybaay bizimlə çalışırsız. Amma mən imtina etmişəm.
- Nə qədər pul idi?
- Bəlkə sirr qalsın?
- 200 min manatdan da çox idi?
- (gülür-red) Onu siz deyirsiz.
- Niyə imtina etdiz?
- Xoşum gəlmir kimdənsə asılı olum. 200 mindən çox idi, amma tam səmimi qəbul etmədim. Mən sabah xəstə olub, insanları qəbul etməyə bilərəm. Amma kiminsə yanında çalışsam məcbur işləməli olacam. Mənə Türkiyədən də təklif gəlib. Amma gedib ora çıxa bilmədim. Onlar mənim piarımı edir, məni insanlara tanıdırlar sonra isə mən 5 il onlara çalışıram.
- Hamı yaxşı mənada sizdən istifadə etməyə çalışır. Hiss edirsiz?
- Normaldı.Çünki qeyri-adi insan,qeyri-adi bacarıq. Kim var ki məndən başqa? Normal qəbul edirəm.
- Bəs həyatda sizdən istifadə etmək istəyənlər varmı? Bunu görən Aqilin yanaşması necə olur?
- Baxıram, görürəm və susuram. Gözləyirəm ki, görüm nə qədər istifadə etməyə gücü çatacaq. Bəzən elə olur ki, həmin insan etdiklərimdən özü utanıb geri çəkilir. Utanmayanda utandırmağı da bacarıram.
- Görücülüyünüz biznes sahələrində qabağa getməyə imkan verirmi?
- Bəli, mənimlə çox insan məsləhətləşir. Hətta daimi müştərilərim var. İl yarımdan artıqdır ki, mənimlə çalışırlar. Mənim sözümlə biznesini bağlayan insanlar da var.
- Evini satmaq barədə də müraciətlər olur?
- Bəli satmaq,dəyişmək kimi məsləhətlər var. Eləsi var ki, evini satıb biznes açmaq istəyir. Mənim sözümlə evini satıb kirayədə qalıb biznes açanlar var.
-Uğur qazanıblarmı?
- Hal-hazırda qazanırlar. Uğursuzluq görəndə onlara deyirəm. Öncədən xəbərdarlıq edirəm.
Əlaqə üçün: Aqil Məhərrəmovun qəbuluna getmək üçün istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər: 055 223 66 13 İnstagramda isə:ekstrasens_agil_magarramov