Türkiyənin məşhur serial ulduzları Fahriye Evcen və Burak Özçivit boşanmaq üzrə olub.
XƏBƏRÇİ.AZ publika.az-a istinadən xəbər verir ki, cütlüyün ailələrində problemlər yaranmağa başlayıb. Aktyorlar ailələrində yaranmış problemləri aradan qaldırmaq üçün psixoloji dəstək almağa başlayıb.
İddialara görə, 2017-ci ildə nikah masasına oturan cütlük gərgin iş tempi, fanatlarından gördükləri diqqət və şöhrətin ailələrinə zərər verməməsi üçün psixoloqa müraciət edib. Onlar mütəmadi olaraq Esentepedəki klinikaya gedib psixoloji dəstək alır.
O da bildirilib ki, Fahriye Evcen bu qərarı ailəsini qorumaq üçün verib.