Elşad "əjdaha"nın başını amansızlıqla kəsdi - sonra da qarşısında diz çökdü

Elşad "əjdaha"nın başını amansızlıqla kəsdi - sonra da qarşısında diz çökdü ATV-də “Xanımlar və cənablar” devizi ilə yayımlanan "Maşın" şounun növbəti buraxılışı baş tutub.    Xəbərçi.az bildirir ki, əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu proqramda iştirakçılar reper Elşad Xoseni SMS səsverməsinə çıxarıblar. Tamaşaçılardan səs istəyən Elşad Xose Raufun dünəndən yarım qalan mübarizəsini davam etdirəcəyini bildirib. Yəni qazanacağı təqdirdə aktrisa Mehriban Xanlarovanı şoudan uzaqlaşdıracağını bəyan edib. E. Xose sözünün üstündə dayanıb. Üç gündür ardıcıl olaraq səsverməyə çıxan Mehriban Xanlarova səsvermədə Elşad Xoseyə məğlub olub. Sonda hər kəslə sağollaşan M. Xanlarova qarşısında hörmət əlaməti olaraq E. Xose diz çöküb. Bu mənzərə alqışlarla qarşılanıb.    Qeyd edək ki, Xatun da E. Xosenin "getsin"ninə səs istəyib. 

loading...