Ərə getmirəm - Əməkdar artistin qızı

Ərə getmirəm - Əməkdar artistin qızı

Əməkdar artist Firuzə İbadovanın qızı Hülyanın yenidən ailə həyatı qurması haqda mətbuatda xəbərlər yer alıb.

XƏBƏRÇİ.AZ xəbər verir ki, əməkdar artistin qızı xəbəri milli.az təkzib edərək, bunları bildirib:

"Mənim icazəm olmadan mənim yerimə sual verib, cavab alıblar. Mən onları məhkəməyə verəcəyəm. Çünki mən başımı kiməsə ərə getməyə görə bağlamamışam. Yazıblar ki, iyun ayının 4-də nikaha girir! Hardan bilirsiz nikaha girirəm? Mən ziyarətə getməzdən öncə başımı bağlamışam, Allahın əmrini yerinə yetirmişəm. Bir dəfə 2008-ci ildə ailə həyatı qurmuşam, bunu hamı bilir. Müəyyən səbəblərə görə biz iki normal insan kimi ayrılmışıq. Bizim bir qız övladımız var. Mən bundan sonra nikaha daxil olmamışam, bu haqda fikrim də yoxdur. Mənim nikahım anam və qızımdır. Allahımdan çox razıyam ki, məni hicaba layiq görüb.

Evimdə oturub Allaha olan sevgimi yaşayıram. Mənə başqa ikinci həyat lazım deyil. Bu xəbəri yazanlar, yazanda bir düşünün! Daha qalmısız ki, nə yazasız! Heç nə yaza bilmirsiz, başlamısız özünüzdən uydurma xəbərlər yazmağa. Fikirləşmirsiniz ki, mən sizi məhkəməyə verə bilərəm? Olmaz axı, günahdır, ayıbdır. Nə ixtiyarınız var mənim haqqımda səhv məlumatı yazasız? Bu xəbəri yazan, mənə cavab verəcəksən!" deyə əməkdar artistin qızı bildirib.


Əməkdar artist Firuzə İbadova da qızının müdafiəsinə qalxıb:
"Efirlərə az çıxmağımın səbəbi də elə budur. Elə bil ki, nəsə güdürlər ki, mən efirə çıxan kimi uydurma xəbər yazsınlar. Mənim nə tərbiyəmdə, nə də sənətimdə qüsur olmayıb. Əgər yazılan xəbərləri silməsəniz, mən məhkəməyə müraciət edəcəyəm. Sizin nə ixtiyarınız var mənim övladım haqqında uydurma xəbər yazasız? İnsan ailəni bir dəfə qurur. Mənim anam da ailəsini bir dəfə qurub, biz də. Allah bəlanızı versin! Yetənə yetirsiz, yetməyənə yox! Mən bütün jurnalistlərə hörmətlə yanaşmışam, amma mənə qarşı edilən bu hörmətsizliyi heç cür anlaya bilmirəm. Bir xəbəri dəqiqləşdirmədən necə siz əminliklə yaza bilərsiz? Ayıb olsun sizə!".

Qeyd edək ki, Firuzə İbadova qızı Hülya ilə bir neçə gün öncə "Zaurla Günaydın" verilişində qonaq olmuşdu. Əməkdar artistin qızının başını hicabla bağlaması hamını təəccübləndirmişdi.


loading...