Əməkdar artist Elza Seyidcahan mərhum Xalq artisti İlhamə Quliyevaya şeir yazıb.
XƏBƏRÇİ.AZ xəbər verir ki, ifaçı İ.Quliyevaya yazdığı "Quru böhtan" adlı şeirini “Zarafat-zarafat” verilişində səsləndirib.
Qocanın xatirə silsiləsinin baş qəhrəmanı mən deyiləm.
İstəmərəm, mən istəmərəm pis qoca xatirəsində öləm...
Qocalar keçmiş xəyallarında
gənclər gələcək arzularında yaşayırlar.
Gələcək, gələcək, o gözəl gələcək
Gələcək o günki o, itəcək
Gələcək, gələcək, o özəl gələcək
Gecədək, o günki pis öləcək.
Gələcək, gələcək, bizlər gələcək
Bitəcək bu günki sən siləcəksən
Etdiyin səhvləri tam görəcəksən
O böhtançının dərmanı yoxdur
Böhtana məhəl qoyansa yoxdur
Böhtan satan, sürününən çoxdur
Dərmanı yoxdur, yoxdur,
Gələcək çoxdur, çoxdur
Böhtana məhəl qoymayram.
Mən ona lap od qoyaram.
Böhtançı qorxağın intiqamı
Böhtanın yox qılınc qalxanı.
Aydan arı, sudan duru
İnsanlara böhran quru.
Quru, quru böhtan
Quru, quru, quruyasan sən böhtan satan
Quru, quru böhtan
Quru, quru böhtan.