Avropanın ən məşhur aktrisalarından biri olan Danielle Darrieux dünyasını dəyişib. Xəbərçi.az Rusiya KİV-nə istinadən bildirir ki, 100 yaşını may ayında qeyd edən aktrisa Fransanın cənubunda yerləşən evində ölü tapılıb. Bildirilib ki, Darye bir müddət əvvəl huşunu itirərək yıxılıb və həmin gündən sonra səhhətində problemlər yaranmağa başlayıb.
Xatırladaq ki, fransalı aktrisa SSRİ-də də kifayət qədər tanınıb. O, 140-dan çox filmə çəkilib.