Rəqsanə: Damla mənim yanımda sənətdən danışa bilməz - VİDEO

Rəqsanə: Damla mənim yanımda sənətdən danışa bilməz - VİDEO

XƏBƏRÇİ.AZ bildirir ki, ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı müğənni Rəqsanə İsmayılova olub.


Rəqsanə efirdən müğənni Damlanın bostanına daş atıb:

“Damla uşaqdır. Mənim onla nə işim ola bilər ki? Damlanın 30 dan çox yaşı olsa da, o, mənim yanımda gəlib sənətdən danışa bilməz. O, Rəqsanə ola bilməz hələ. Nə olsun ki, 3-4 mahnısı sevilir. O, 3-4 gündü sənətə gəlib. Mənim onunla heç bir problemim ola bilməz. Damlaya heç qulaq da asmıram. Mən Azərbaycanda çox az insana qulaq asıram. Röyaya qulaq asıram, münasibətim də normaldır. Sonra qulaq asıram Brilliant Dadaşovaya. Çünki mən sənətkara qulaq asıram. Mənim bu gün ifa etdiyim toy janrıdır. Amma Brilliant xanımın etdiyi sənətdir”.


loading...