Damlaya sevgilisi ev hədiyyə etdi - ŞOK İDDİA - Yenilənib - VİDEO

Damlaya sevgilisi ev hədiyyə etdi - ŞOK İDDİA - Yenilənib - VİDEO

Müğənni Damlanın sevgilisi ilə səmimi fotoları yayılıb.  Xəbərçi.az bildirir ki, cütlük 2017-ci ilin yay aylarında Lənkəran şəhərində keçirilən konsert proqramında tanış olub. Kamran Zahidli adlı həmin şəxs də musiqiçidir.  Damlanın Kamrana olan marağı duet ifa etmələrinə səbəb olub. Onlar ilk dəfə Lənkəranda məşhur türk mahnısını ifa etməklə tamaşaçıların qarşısına çıxıblar. Damla çıxışları zamanı çəkilən qısa videonu öz “Instagram” səhifəsində paylaşıb və bundan sonra cütlüyün münasibətləri davam edib. Onlar Lənkərandakı konsert proqramından təxminən bir neçə gün sonra Quba konsertində də birlikdə çıxış ediblər.  

Qeyd edək ki, Kamran Damlaya bu jestinə görə ev hədiyyə edib.  

P. S bu haqda xəbəri redaksiyamıza jurnalist Fuad Mədətov yollayıb.  Xəbərin doğruluğunu öyrənmək üçün Damla ilə əlaqə saxladıq. Müğənni xəbəri təkzib etdi:

  "Biabırçılıqdır vallah.... Belə şey olar ?! İnsanın əti tökülür. Həmin oğlan avqust ayında konsertlərin birində gəlib yalvarıb, video fotolar çəkdirib. Adi tamaşaçı idi, dedi ki, fanatınızam.  Sonra bizim Quba konsertimiz oldu. Yalvardı ki, nə olar mən klarnetdə ifa edirəm, olar gəlim musiqiçilərin yanında mən də oturum. Mən də dedim axı ifa etdiyim musiqilərə klarnetin aidiyyatı yoxdur. Əl çəkmədi. Dedim eybi yox fanatdı da gəlsin otursun. Konsertin sonunda yalvardı ki, "qurban olum Damla xanım, nə olar bir mahnı oxuyum sizlə". Mahnı oxumağa çıxanda əlində telefon, əlləri də əsir, xaric oxuyur. Mahnı oxuyandan sonra da israrla xahiş etdi ki, bunu paylaşında səhifənizdə. Deyirəm mən niyə paylaşmalıyam? Nəyimsən mənim? Duet ortağımsan? Adını belə bilmirəm... Şərait yaratdım mahnı oxudun, istəyirsən öz səhifəndə paylaş. Sən kimsən ? Evin sənədini göstər. Sənin evin var ümumiyyətlə? Başını qoymağa yastığın var? Mənim öz evim var, iki il qabaq almışam".


loading...