Aparıcı Lalə Əlimuxtarova Lider TV-dən ayrılıb.
XƏBƏRÇİ.AZ Milli.az-a istinadən xəbər verir ki, bu barədə lalə özü açıqlama veib:
"Fəaliyyətimi başqa bir telekanalda davam etdirəcəyəm. Bu da tam fərqli bir veriliş olacaq. Tezliklə vəd etdiyim verilişi görəcəksiniz".
Qeyd edək ki, L.Əlimuxtarova uzun illər Lider TV-nin siması olub. O, sonuncu dəfə telekanalda "Köklə sazı" verilişinin aparıcılığını edib.