Hazal Kaya: Şəkər xəstəliyim bakirəlik testi...

Hazal Kaya: Şəkər xəstəliyim bakirəlik testi...

XƏBƏRÇİ.AZ Publika.az -a istinadən xəbər verir ki, Hazal Kaya bu yaxınlarda “Lifetime TV” kanalına verdiyi müsahibədə "Adını Feriha koydum" serialı haqqında maraqlı açıqlamar verib.

 O, söyləyib ki, ekran işində bakirəlik testi səhnəsi üzündən psixoloji problemlər yaşayıb. Aktrisa şəkər xəstəliyinin bu səbəbdən yarandığını etiraf edib. Kaya müqavimət göstərərək həmin səhnəni ssenaridən çıxardığını bildirib:“Baş rolda oynadığım "Adını Feriha koydum" ağır təcrübə idi. Ferihaya bakirəlik testi keçirilmişdi. Bu səhnəni oynamaq istəmədiyimi bildirdim. Səhnə çıxarıldı, amma o qədər çox tənqid olundum ki, səhhətim pozuldu. Şəkər xəstəliyim də o vaxt üzə çıxdı”.Hazal Kayanın sözlərinə görə, balacaboy olduğu üçün tənqidə məruz qalması da ona travmatik təsir göstərib:"Çox tənqidə məruz qaldım. Sonra da çox kökəldiyim üçün günahlandırıldım, nə edəcəyimi bilmirdim. Boyumu mən müəyyənləşdirmirəm. 1.58 sm-lik boy standartlara görə qısadır. O standartı isə mən müəyyənləşdirməmişəm, odur ki, bu, məni maraqlandırmır. Bəli, çəkilişlərdə hündür görünmək üçün ayağımın altına taxta qoyulur”.Hazal Kaya özünə Jennifer Lopezi nümunə götürdüyünü deyib:“Onu yaxından görəndə təəccüblənmişdim. Hamımızın bəyəndiyi əndamı əslində çox böyükdür. Mənim elə əndamım olsa, arıqlayım deyə, hər şey edərlər. Amma Lopez özünü o qədər sevir və özünü elə aparır ki, yanlarını bəyəndiyi görünür. Doyalısı ilə sən də onu çox sevirsən. Onun özünə olan inamından və sevgisindən ilham almışdım”.Məşhur kino ulduzu 9 yaşında keçirdiyi yol qəzası nəticəsində həyatının dəyişdiyini söyləyib:"Həyatımdakı ən böyük ümidsizlik qəzadan sonra baletdən getməyim oldu. Altı ay gipslə yatmaq həftənin hər günü rəqs edən balaca bir uşaq üçün çox ağır mərhələ idi. Sınıq çox absurd yerdəydi. Bir sm yuxarıda olsaydı, rəqsə davam edə bilərdim. Yaşadıqlarım mənim üçün çox böyük məyusluq idi. Həyat mənə kiçik yaşda öyrətdi ki, hər şey istədiyin kimi olmaya bilər”.


loading...