Məşhur aktyorların evindən narkotik çıxdı

Məşhur aktyorların evindən narkotik çıxdı

Narkotik ticarəti ilə məşğul olduğu üçün həbs edilən aktrisa Gizem Karacanın və aktyor Çağatay Ulusoyun evində axtarış aparılıb.
 

XƏBƏRÇİ.AZ xarici KİV-ə istinadən məlumat verir ki, aktrisanın evindən narkotik vasitələr, marixuana üyütmək üçün istifadə olunan alət, Çağatay Ulusoyun evindən 7.9 qram marixuana, Ulusoyun keçmiş meneceri Selin Boronkayın evindən isə 3 qram narkotik maddə, 39.4 qram marixuana, 2 iynə, 1 həb ələ keçirilib.


Maraq üçün narkotik vasitədən istifadə etdiyini deyən Selin Boronkay marixuananı tədbirlərdən birində tanıdığı Cengiz Esmerdən aldığını söyləyib. İynələri isə qulağı üçün istifadə etdiyini bildirib.

Gizem Karaca aləti Vyanada mağazaların birindən sarımsaq əzmək üçün aldığını iddia edib.


loading...