Müğənni Sevil və Sevinc Səfərova bacıları tezliklə bibi olacaq. Xəbərçi.az bildirir ki, bacılar xoş xəbəri "İnstagram" səhifəsində izləyiciləri ilə bölüşüb: "Mənim ailəm. Aramıza biri də tezliklə gəlir. Sizcə oğlandır ya qız? Hələ ki, bizdə bəbişimizin cinsiyyətini bilmirik. Tortumuzu kəsib öyrənəcəyik. Allahım hər şey üçün çox şükür. Allah arzusunda olan hər kəsə nəsib etsin".
Qeyd edək ki, Sevil və Sevinc bacılarının qardaşı Anar bu ilin iyul ayında Nərmin adlı xanımla ailə qurub.