XƏBƏRÇİ.AZ olaraq sizə 2 klipi müqayisə etmək üçün təqdim edirik. Kliplərin çoxdan yayımlanmasına baxmayaraq belə bir təhlil etdik.
İlk olaraq başdıyaq Gökhan Özenin "Budala" klipindən. Klip rus müğənni Zverin "До скорой встречи" adlı mahnısına çəkilmiş kliplə eynilik təşkil edir. Belə ki, hər iki müğənni avtomobil düzəldilən yerdə işləyir. Və bəyəndikləri qıza özləri haqda yalan məlumat verirlər. Sonda qız maşının aparmağa gələndə yalanlar ortaya çıxır.
Növbəti oxşarlıq isə Xalq artisti Aygün Kazımova və Türkiyənin divası Ajda Pekkanın klipləri arasında var. Aygün Kazımovanın "Düşün məni" adlı klipində mahnının 2-ci bəndindən başlayaraq Ajda Pekkanın "Yakar geçerim" klipi göz önündə canlanır. Hər iki klipdə müğənnilər üstüaçıq tipli avtomobildən düşərək mahnını ifa etməyə başlayır. Məkan eyniliyi və tərəf müqabilinin belə eyni cür duruşu bunu deməyə kifayət edir.
QIZILGÜL