Şou-biznesin buruq saçlı məşhurları
Bəzilərinin saçı anadangəlmə, digərləri imic dəyişikliyi edərək bu saça sahib olublar.
XƏBƏRÇİ.AZ xəbər verir ki, daim gündəmdə olan məşhurlar dəyişikliyi sevir. Belə ki,kimisinə təbii saçları ilə gözəllik verir, kimisi isə kimyəvi maddələrdən istifadə edərək saçını qıvrım edir. Bir-birindən dala qalmayan məşhurları sizə təqdim edirik.
Əməkdar artist Röya Ayxan- ilk olaraq Azərbaycan şou-biznesinə bu saç düzümünü gətirən müğənnidir.
Röyadan sonra nəinki məşhurlar, hətta adi insanlar da saçlarını qıvrım etdilər. Qeyd edək ki, sevilən ifaçının anadangəlmə saçları buruqdur.
Günay İbrahimli-sonradan bu saç düzümünə malik olan ifaçılardandır.
Məryəm Şabanovanın da saçları təbiidir və gözəlliyinə gözəllik qatır.
Xalq artisti Məleykə Əsədova bu yaxınlarda imicini dəyişərək saçını buruq hala gətirmişdi.
Mehin Hümbətova da anadangəlmə həcmli buruq saçlara məxsusdur.
Xatun-daim imicində dəyişiklik etməyi sevən ifaçı bu saçlarda da özünü sınadı.
Sevil Sevinc bacıları qonşudan qalma dala prinsipi ilə saçlarını bu formaya salan müğənnilərdəndi.
QIZILGÜL