Məleykə Əsədova ürəyindən əziyyət çəkir. Ürəyində ciddi problem var.
XƏBƏRÇİ.AZ Axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişində deyib. O bildirib ki, xalq artisti Məleykə Əsədovanın ürəyində problem var.
Proqramda qonaq olan aktrisa hətta həkimin ona dəfələrlə qadağa qoyduğunu söyləyib:
"Biz sənət fədayiləriyik. Bir insan öz taleyini güclə yaşıyır. Biz isə səhnədə nə qədər insan taleyi yaşayırıq. Mənim obrazlarım da çətindir. Həkim dəfələrlə deyir ki, sənə ağır rollar olmaz, oynama".