XƏBƏRÇİ.AZ xarici KİV-ə istinadən məlumat verir ki, müğənni Yıldız Tilbenin mahnısını oxumaq üçün ona müraciət edib. İrem bildirib ki, dişləmə hadisəsi də bunda baş verib:
“Yıldız Tilbenin “Min dərədən su gətirsən” mahnısını oxumaq istədiyim barədə ona xəbər göndərdim. Sonra qatıldığım tədbirlərdən birində kimsə başımı dişlədi. Dönüb gördüm Yıldız Tilbe. “Mahnımı oxumaq istəmisən, buyur oxu” dedi. İndi studiada hazırlayırıq. Möhtəşəm alınıb”.