Oksana: cadu edib günah qazanan...

Oksana: cadu edib günah qazanan...

Rəqqasə Oksananın hamilə olması ilə bağlı yaranan xəbərlər səngimək bilmir. 

XƏBƏRÇİ.AZ xəbər verir ki, Oksana sosial şəbəkədə paylaşım edərək bunları yazıb:

“Aylar şahı Ramazan xoş gəlir. Bütün oruc tutub, dua edən insanları təbrik edirəm. Bu ayda əllərimi açıb Allaha yalvaracam: ya Rəbbim, imansız, dinsiz insanlara, ürəyi daş olub, gözü kor olanlara, böhtan atıb, nəticəsini anlamayanlara, Allahı tanıyıb ona ibadət etməyənlərə, Quranı dərk etməyənlərə, dinimizi qəbul etməyənlərə, qeybət edib öz nəslini, ailəsini, övladlarını fikirləşməyənlərə, kiminsə haqqına girib, haqq yeyənlərə, cadu edib günah qazananlara ibadət ver, düzgün yola çək, ürəklərinə və dillərinə mərhəmət, ağıl, hidayət ver. Heç olmasa bu ay ərzində, əməllərimizi düzəldib, çalışaq günahlarımızı azaldaq”.


loading...