"Maşın" ətrafında kimlər olacaq?

"Maşın" ətrafında kimlər olacaq?

Mayın 28-də ATV-də əməkdar artist Murad Dadaşovun aparıcılığı  ilə “Maşın” realiti-şousuna start veriləcək. 

XƏBƏRÇİ.AZ xəbər verir ki,  iyunun ortalarına qədər davam edəcək telelayihədə ümumilikdə 18 iştirakçı avtomobil uğrunda mübarizə aparacaq. 

“Xanımlar və cənablar- 2” devizi ilə ekrana çıxacaq proqrama qatılan məşhurların bir neçəsinin adı məlum olub.  Əldə etdiyimiz məlumata görə, səs-küylü proqramda 3 tanınmış aparıcı – Fira Cəlilova, Günel Hümbətova, İlhamə Bədəlova, son zamanlar duetləri ilə populyarlaşan Pərviz Bülbülə və Türkan Vəlizadə iştirak edəcəklər. 

 

Bundan əlavə, proqrama Sevil və Sevinc Səfərovalar dəvət olunsa da, onlar “Maşın”dan imtina ediblər. Buna səbəb kimi işlərinin çox olmasını göstəriblər. 


loading...