Azərbaycanlı model keçmiş ərini məhkəməyə verdi

Azərbaycanlı model keçmiş ərini məhkəməyə verdi

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva keçmiş həyat yoldaşı, türkiyəli aktyor Tolqa Kareli məhkəməyə verib. Xəbərçi.az Türkiyə KİV-ə istinadla bildirir ki, G.Musayeva oğlu Cahangirə ayrılan 500 TL ( 250 manat) dəyərində alimentin miqdarının artırılması ilə bağlı İstanbul Ailə Məhkəməsinə müraciət edib. O, uşağın atasının alimenti vaxtında ödəmədiyini də iddia edib.

Xatırladaq ki, 4 il evli olan cütlük ötən il boşanıb. Tolqa Karel amerikalı xanımla ailə həyatı qurub və ondan bir qızı dünyaya gəlib.


loading...