Əfsanəvi verliş geri qayıdır - VİDEO

Əfsanəvi verliş geri qayıdır - VİDEO

XƏBƏRÇİ.AZ- ın məlumatına əsasən, illər öncə yayımlanan "Fortuna" verlişi yenidən efirə qayıdır. Tamaşaçıların asudə vaxtının əyləncəli keçməsi məqsədilə hazırlanan veriliş iki iştirakçının Gürcüstana pulsuz istirahət etmək uğrunda mübarizəsindən bəhs edir. Veriliş boyunca Bakı şəhərinin müxtəlif ərazilərində, iştirakçıların yaşayış mənzillərində və Heydər Əliyev Hava Limanında çəkilişlər aparılır. 1 saat boyunca yayımlanan verilişin çəkiliş prosesində 2 qrup iştirak edir. Qrupun hər biri 1 aparıcı, 1 operator və 1 sürücüdən ibarətdir. Hər iki qrup eyni vaxtda çəkilişə başlayır.

Aparıcıların hər biri Bakı şəhərinin təsviri olan xəritəyə ox ataraq, iştirakçı axtarışının sahəsini təyin edir. Bundan sonra təyin olunmuş əraziyə yollanan qruplar, şəhər sakinləri və şəhərin qonaqları arasında xarici pasporta malik olan və müsabiqədə iştirak etmək istəyənlərin axtarışına başlayırlar. Çəkilişdə iştirak edən hər bir qrup, müsabiqənin formatına uyğun olan bir şəxs seçərək, onun yaşadığı ünvana yollanır. Orada iştirakçının əşyalarını toplayaraq, çəkiliş qrupu dərhal hava limanına yola düşür. Hava limanına birinci çatan qrup qalib elan olunur və iştirakçı şəxs üç gün Gürcüstanda pulsuz istirahət etmək hüququ qazanır. n "Fortuna"nın aparıcıları Aqşin Kazımoğlu və Nərgiz Mahmudzadədir.

Verliş hər cümə günü saat 23:00-da Lider kanalında yayımlanacaq.

 

QIZILGÜL
loading...