XƏBƏRÇİ.AZ məlumat verir ki, milyonların sevimlisi "Qafqazinfo" ya bu açıqlamanı verib. Əməkdar artist deyib ki, Türkiyədə ona “Azəri” deyilməsindən xoşu gəlmir: “Yıldız Tilbenin mahnılarından ibarət albomu gözləyirdim. Bilsəydim ki, bu qədər uzanacaq, öz mahnılarımdan birini çıxardardım. Əflatundan, azərbaycanlı müəlliflərdən mahnılarımız var. Bundan əlavə, Gülşən mənim üçün mahnı hazırlayır. Mən yavaş-yavaş işləyirəm, pul tökmürəm. Bu sənətə nə pul tökəsən, nə də səni tapşıralar! Öz vətənimdə mənə yaxşı baxmısız, səhvlərimi, düzlərimi qəbul etmisiz.
Orda mənə deyirlər ki, pul qazanmırsan, heç yerə getmirsən. Bəs Türkiyədə bu işləri niyə görürsən? Mən də cavab verirəm ki, Azərbaycan deyəndə mən yada düşüm. Öz dövlətimizi təmsil edirəm. Çalışacam ki, “azəri” sözünü üstümüzdən götürüm. “Azəri” azərbaycanlı demək deyil”.