Günay İbrahimli həbs olunub? - Açıqlama

Günay İbrahimli həbs olunub? - Açıqlama

XƏBƏRÇİ.AZ  criminal.az saytına istinadən məlumat verir ki, müğənni və anası bir neçə dəfə Daxili İşlər Nazirliyinin Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılıb. 

İş adamı Nuriyyə Əhmədova ''Bandotdel''ə yazdığı şikayət ərizəsində göstərib ki, G.İbrahimlinin klip çəkilməsi, yeni mahnıları, telekallarda reklamı üçün 300 min manata qədər pul xərcləyib. Lakin müğənni həmin məbləği geri qaytarmayıb. 

Günay izahatında N.Əhmədovaya 17 min, anası isə 20 min manat borclu olmaları ilə bağlı ziddiyətli ifadələr veriblər. 

Məsələ ilə bağlı Big.az saytı  xanım ifaçı ilə əlaqə saxlayıb. G.İbrahimlinin mətbuat katibi bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

"Günay İbrahimli hazırda Türkiyədədir, boş temadır. Mövzu ilə bağlı açıqlama verilməyəcək"


loading...