"Qarabağ muğam məktəbi yoxdur, sadəcə ləhcə var” – xalq artisti Ağadadaş Ağayevin açıqlaması cəmiyyətdə kəskin etirazla qarşılanıb.
XƏBƏRÇİ.AZ xəbər verir ki, yenicag-a açıqlama verən xalq artisti, ustad xanəndə Arif Babayevin də məsələyə münasibəti sərt olub:
"Qarabağ muğamatın, musiqinin beşiyidir, bunu hamı bilir. Elə təkcə Üzeyir Hacıbəyli bəs edər. Ağadadaş səhv danışır, mən onu başa salaram. Buna görə heç kim narahat olmasın. Zaman-zaman bu məsələ müzakirə olunub, amma tarix tarix olaraq qalır. Qarabağ muğam məktəbinin Cabbar, Xan, Seyid Şuşinski kimi xanəndələri olub”.
Qeyd edək ki, Ağadadaş Ağayev bu açıqlamanı Ölkə.az saytına müsahibəsində deyib.