Hadisə özündən 6 yaş kiçik sevgilisi ilə barışdı - VİDEO

Hadisə özündən 6 yaş kiçik sevgilisi ilə barışdı - VİDEO

Həyatında sevgini heç cür tapa bilməyən Hadise keçən il bir müddət birlikdə yaşadığı Hakan Sabancı ilə şansını yenidən sınayacaq. Xəbərçi.az türk mediasına istinadən bildirir ki, məşhur müğənni Hadisə ilə Hakan Sabancının yenidən eşq yaşamağa başladığı iddiası maqazin gündəminə bomba kimi düşüb.

Star TV ekranlarında yayımlanan "Duymayan Kalmasın" proqramının aparıcısı Cengiz Semercioğlu cütlüyün Etilerdə bir restoranda səmimi görüntüləndiyini qeyd edib.

Qeyd edək ki, Ömer-Arzu Sabancı cütlüyünün oğlu Hakan Sabancı Hülya Koçyiğitin nəvəsi Aslışah Alkoçlar ilə 1.5 il eşqbazlıq edib, keçən il ayrılıb. Hakan Sabancı dekabrda Karaköydəki "Drone Club"da özündən 6 yaş böyük Hadise ilə əylənmişdi.

 


loading...