“Aygünün zəhmətini alçaldan...”

“Aygünün zəhmətini alçaldan...”

Əməkdar artist Röya Ayxan xalq artisti Aygün Kazımovaya söz atması barədə yazılan xəbərlərə reaksiya verib.

XƏBƏRÇİ.AZ  xəbər verir ki, müğənni “Xəzər maqazin”ə açıqlamasında Kazımovaya sataşmadığını bildirib:

“Bunlara bilərəkdən cavab verməyəcəm. Belə başa düşdüm ki, siz bizimlə oynayırsız. Mən tamamilə başqa şeydən danışmışam. Mənim adımdan başqasını zəhmətini alçaldan, guya atmaca atdığımı deyənlər cavab verin”. 

Qeyd edək ki,  Kazımova son günlər müsahibələrində “Həyatımda heç kim olmayanda çox çalışıram. Sevgi olanda işləmək olmur” sözləri müzakirələrə səbəb olub. 

Gündəmə çevrilən fikirlərdən sonra əməkdar artist bu mövzu ilə bağlı açıqlama verib: “Mənim həyatımda adam varasa da, yoxsa da mən işləyirəm”.

Mayın 5-də konsert verməyə hazırlaşan Röya daha sonra bunları əlavə edib: “Konsertdə nə göydən sallanacam, nə də şpaqat açacam”.

Bu məqmada bildirək ki,  A.Kazımova sentyabrda verdiyi konsertdə göydən sallanaraq mahnı oxumuşdu. Hətta, Brilliant Dadaşova da həmkarının bu şousuna söz atmışdı. 


loading...