Eyyub Yaqubovun "klip təqdimatında" - BİABIRÇILIQ

Eyyub Yaqubovun "klip təqdimatında" - BİABIRÇILIQ

Əməkdar artist Eyyub Yaqubovun adından istifadə edilib. Xəbərçi.az-ın xəbərinə görə, bir neçə gündür özünü jurnalistlərə Eyyub Yaqubovun prodüseri kimi təqdim edən şəxs media nümayəndələrini təqdimat mərasiminə dəvət edib. Həmin şəxs bildirib ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Eyyub Yaqubovun klip təqdimatı keçiriləcək. Amma məlum olub ki, klip təqdimatı olan şəxs tanınmamış yaşlı ifaçıdır. Jurnalistlər bu yalandan şoka düşüb və geri qayıdıblar. Qeyd edək ki, Eyyub Yaqubov təqdimat mərasiminə sadəcə qonaq kimi dəvət olunub.

Əfruzə


loading...