"Şükür Allaha ki, məni belə gözəl yaradıb" - cazibədar NARA

"Şükür Allaha ki, məni belə gözəl yaradıb" - cazibədar NARA

Tanınmış aktrisa Nərgiz Əliyeva ( Nara Jasmin ) gözəllik qurban tələb edir fikri ilə qismən razıdır. Cazibədar aktrisa hesab edir ki, əgər ehtiyac olarsa,gözəl görünmək üçün müəyyən estetik müdaxilələr etmək olar. N.Əliyeva "Özünüzü gözəl xanım hesab edirsinizmi, gözəl görünmək üçün salonlarda çoxmu zaman keçirirsiniz" kimi gözəllik barədə verdiyimiz sualları cavablayıb: 

"Gözəl olmaq üçün saatlarla salonlarda qalan məşhurlardan deyiləm. Ayda bir dəfə ola bilər ki, saç və dırnaq qaynağı üçün salona gedim. Elə bu iksini bir gün ərzində etsəm, 10 saatım gedir. Bunlar da çox zaman apardığı üçün yoruluram və həmin gün heç nə etməyə halım, taqətim olmur. Özəl günlərdə isə saç və makiyaj üçün salona gedirəm. Kosmetoloqa getməmişəm, heç bir estetik əməliyyat etdirməmişəm. Sadəcə bir dəfə reklam xarakterli olduğu üçün tanış kosmetoloq var idi, onun təklifini qəbul etdim. Üzümə pilinq etdi və burnuma nə isə iynə vurdu. Bu gözəllik üçün Allaha borcluyam, min şükür Allaha ki, məni belə yaradıb və bunu dəyişmək istəmərəm. Səhər güzgüyə baxanda qorxmuram. Özümü gözəl xanım hiss edirəm. Ancaq əməliyyat edənlərə də normal baxıram, özləri bilər. Xoşlamıram kiminsə işinə qarışım, əməlini müzakirə edim, onu qınayım. Çünki hərə özünə cavabdehdir".


loading...