Əməkdar artist Nüşabə Ələsgərli sükutu pozub.
XƏBƏRÇİ.AZ-ın məlumatına görə müğənni Tunarla olan videosundan danışıb.
"Bu toy 2007-ci ildə baş tutub. 2011-ci ildə isə mən Tunarın "Yollar " mahnısını ifa etmişəm. Özünün də, ailəsinin də xətrini çox istəyirəm. Bilmirəm 11 il sonra bu videonu niyə ortaya çıxardıblar? Tunar arvaddı ki, onun paxıllığını çəkim? Narazıçılıq İbrahim Tatlısəsə olub. Ona görə də bu millət yazıqdı, bildiyini də , bilmədiyini də deyir. Bəs beyin nə üçündür? Belə də ki, kimlərinsə gözündən düşəcəyəmsə mənim üçün fərqi yoxdur. Əsas Allahdır, o hər şeyi görür."
Qeyd edək ki, son günlər sosial şəbəkədə əməkdar artist Nüşabə Ələskərli 2007-ci ildə oğlunun kiçik toyuna dəvət etdiyi İbrahim Tatlısəsinin müğənni Tunar Rəhmanoğlu ilə duet ifa etməsi zaman qəzəbləndiyi əks olunan görüntülər yayılıb.