"Mən açıq- saçıq geyinirəmsə, o demək deyil Səbinə tərbiyyəsizdi" - MÜSAHİBƏ

"Mən açıq- saçıq geyinirəmsə, o demək deyil Səbinə tərbiyyəsizdi" - MÜSAHİBƏ

Gənc və cazibədar ifaçı Səbinə Əskərova Xəbərçi.az-a müsahibə verib. Son zamanlar cazibədar geyim tərzi və oxuduğu hit mahnılarla səs-küy yaratmağı bacaran ifaçı suallarımızı səmimi cavablayacağı üçün öncə müxbirimizə söz verib, sonra isə özünəməxsus cavabları ilə sizin diqqətinizi cəlb etməyə çalışıb. 

- Səbinə xanım gənc müğənnilər hər zaman şikayətlənir ki, bizə dəstək yoxdu, bizə qadağalar var. Sizədə də bu tip narahatçılıqlar varmı?   

- Xeyr, inanın mən ilk başlayandan bu günə kimi nə qadağa olub, nə də nəsə bir problemim. Əksinə hami bacardığı köməkliyi göstərib. Şükür jurnalistlərlə münasibətim çox yaxşıdır.  

- Amma deyirlər ki, ifaçısansa, mütləq maliyyə xərcləməlisən.  

- Bu təbii bir şeydi. Məsələn, mən necə bəstəkardan pulsuz mahnı alım və ya rejissora pulsuz klip çəkdirim. Heç kimin heç kimə borcu yoxdu, iş gördürürsənsə, pulunu verməlisən. Çünki hər kəsin haqqı ödənməlidir.  

- Razısınızmı, əgər ifaçının öz pulu yoxdusa, ona sponsor dəstəyi mütləqdi?  

- Bizim sahə bahalı sahədir xərclədikcə pul gedir. Hər zaman baxımlı və gözəl görünmək şərtdi. Mən adi həyatda makiyaji sevmirem ancag kamera qarşısında məcburam.  

- Yaxşı, məncə aylıq xərciniz də çox çıxar. Təxmini bir ay ərzində nə qədər xərcləyirsiniz ?  

- Açıqlamaq istəmərəm. Çünki bu mənim pulqabımdı. Onun içində bir manat da olsa, on min manat da olsa mən heç kəsə hiss elətdirmərəm. Mənim pulqabımda bir manat da ola bilər, on min manat da ....  

- Yaxşı, sonuncu dəfə nə zaman olub ki, pulqabınızda cəmi bir manatınız olsun ?   

(Düşünür - red ) - Olub, o gün manatları, qəpikləri yığdım çantalarımdan.  

- Aha neçə yüz oldu ?  

- ( Gülür -red) - Zarafatsız, çətin məqamlar hamı kimi məndə də olur. Bilirsiz maddi sıxıntını kiməsə bildirirsənsə,bu heç bir şeyi dəyişmir ,məqsəd borca pul istemekdise o başqa. Amma elə belə şikayətlənməydisə, məncə mənasızdır. Borc  almağı heç sevmirəm. Nisyə paltar alib geyinənləridə başa düşmürəm. Məncə insanin nəyi varsa onunla kifayətlənməlidir, yada inkişaf edib həyatını dəyişməlidir. Yoxsa bu gün onnan 5 , sabah o birisindən 15 ... borc ala-ala bu yaşayı deyil.  

- Amma eşitmişəm mərd xanımsız. Dostlarınıza arada bahalı jestlər edirsiniz, xəstələrə kömək etməyinizi də bilirəm.

  - Çox olur. Amma bunu gizli saxlamağa çalışıram. Çünki utanıram və istəmirəm desinlər ki, belə şeylərlə özünü reklam edir. Amma bunu reklam edənlərə yaxşı baxıram. Çox gözəl təbliğatdı.

  - Ən maksimum öz cibinizdən etdiyiniz maliyyə nə qədər olub?  

- Bu məndə gizli qalsın .  

-Xəyanətə uğramısızmı?

-Hər bir yükün problemin altından qalxaram sıfıra enib ozümü toplayib ayağa qalxaram,  heç bir şey məni sarsıtmaz təkcə sevdiyim insan və dost tərəfdən xəyanət satğınlıq görsəm o mənim üçün böyük dərd olur fikir  edirəm , depresiyaya düşərəm. Dost dediyim insanlardan çox görmüşəm. Bu da mənim özümə gəlmək üçün 2,3 ayımı alıb. Ona görə də indi calışıram məsafəli olum hər kəslə sağolsunlar eh “dostlarım” mənə yaxşı dərslər veriblər. Heç vaxt xəyanət etmədim etmərəmdə bu mənim xasiyətimə uyğun olan bir şey deyil . Bəlkədə  bu barədə mən geridə qalmışam  

 -Cəsarətli geyimlər geyirnirsiz, özünüz də qəşəng xanımsız. Niyə ailə qurmursuz?

  - Bəli, cəsarətli geyinirəm. Və düşünürəm ki, tərbiyə geyimlə ölçülmür. İndi də, mən özümdən yaşlı qadının əlində ağır setkalar görsəm, yardım edirəm. Və ya yaşlı kimsə gələndə ayağa qalxıram. Biz bu tərbiyəni uşaqlıqdan almışıq, belə görmüşük, belə öyrənmişik. Mən açıq - saçıq geyinirəmsə, o demək deyil Səbinə tərbiyəsizdir. Əsla ! Geyimlə bunun heç bir əlaqəsi yoxdu.

  - Yaxşı bəs evlilik barədə nə düşünürsünüz, sualımızın ikinci hissəsinə keçid alaq.  

- ( Gülür -red) Ətrafıma nəzər salıram və düşünürəm ki, həqiqətən mənim qədər evlilik təklifi alan qadın yoxdu. Mən ailəni kiməsə xoş gəlmək və ya “ hə bu da oldu” deyə bu kimi  amillərə görə qurmaq istəmirəm. Ailəni özüm üçün qururam, bu mənə xoş olmalıdır. Bir sözlə görməliyəm və ürəkdən sevməliyəm.  

- Hələ də sevmirsiz ?  

- Bəlkə də çox ağıllanmışam və ona görə seçim etmək çətindir.  

- Necə bir bəy olmalıdır ki, qəlbinizi ovsunlaya bilsin?

- Xanımları bilmirəm, mənim sevməyim üçün əsas göz əlaqəsi alınmalıdır.  

- Yaxşı tutaq ki, göz əlaqəsi alındı, amma həmin kəs 200-300 manat aya maaş alır. Alınar nəsə ?  

- Əgər o 200 manat ayına məvacib alırsa, mən utandıraram axı onu ... Tutaq ki, hansısa restorana gederik,men nese bir shey sifarish ederem onunda cibinde yeterince pul olmaz onu utandirmish olaram o başa düşər ki, alınmaz bizdə. Nə isə o sevgi elə gözdə qalsa yaxşıdır. Her 300-500 manata ishleyen kishinin yaninda agilli bir gadin lazimdiki geleceyde o 300 deyil 10.000 qazansin. Bütün kişilərin ağıllı qadına ehtiyacı var amma nədənsə ağıllı qadından bütün kişilər qorxur. Bizdən qorxmaq lazım deyil bizi sevmek lazımdır.(Gülür - red )


loading...