Ötən gün “Maşın” şounun iştirakçıları ilə media nümayəndələrinin görüşü keçirilib. Jurnalistlərin suallarını cavablandıran iştirakçılar arasında mübahisə yaranıb. Xəbərçi.az oxu.az-a istinadən bildirir ki, “Maşın”ın iştirakçısı, Əməkdar artist Mehriban Xanlarova “Rauf əsəbiləşəndə, hərəkətini, sözlərini bilmir. Dedi ki, əjdahanın başını kəsib, tullamaq lazımdır. Mən zibil deyiləm, sən məni tullayasan. Mən sənin anan yaşındayam. Deməli, sən öz anana da hörmət etmirsən” kəlmələrini digər iştirakçı, reper Rauf Əhmədovaünvanlayıb. Beləliklə, hər iki tanınmış arasında mübahisə baş verib.
Efirə getməyən sözügedən kadrları təqdim edir: